Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:04

İlham Əliyev Peter Semnebini qəbul edib


Prezident İlham Əliyev dekabrın 15-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebini qəbul edib. «AzərTAc» Dövlət Teleqraf Agentliyinin verdiyi məlumata görə, cənab Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirib, bu qurumla «Yeni Qonşuluq Siyasəti»nin həyata keçirilməsi, enerji məsələləri sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb.
Peter Semnebi isə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solananın salamlarını prezidentə çatdırıb. Qonaq əmin olduğunu söyləyib ki, Azərbaycan-Avropa İttifaqı əlaqələri bundan sonra da inkişaf edəcək.


XS
SM
MD
LG