Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:51

2050-ci iləcən Azərbaycanda əhali 37 faiz artacaq


Keçid dövrü ölkələrində əhali varlanmadan qocala bilər
Keçid dövrü ölkələrində əhali varlanmadan qocala bilər
Keçid dövrü ölkələrində əhali varlanmadan qocala bilər. Ona görə də, bu ölkələrin hökumətləri getdikcə, daha çox sosial təminat sistemləri ilə məşğul olmalıdır. Ancaq çoxşaxəli pensiya islahatı da problemin çıxış yolu deyil.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu fikirdədir. Yeni araşdırmasında bank demoqrafik cərəyanların keçid ölkələrində iqtisadiyyata təsirini öyrənib, ayrı-ayrı ölkələrdə həyata keçirilən pensiya islahatlarını araşdırıb.


AYİB-in araşdırmasına əsasən, 2050-ci iləcən Azərbaycanda əhali 37 faiz artacaq. Albaniya, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan və Özbəkistanda da təxminən bu qədər artım gözlənir. Ancaq Gürcüstanda əhalinin 33 faiz, Ukraynada isə 43 faiz azalması mümkündür. Əhali sayında ən dramatik azalma Rusiyada müşahidə olunacaq - 30 milyon.


AYİB araşdırmasında əhalinin sayına dair BMT-nin ötən ilki statistikasına əsaslanıb. Həmin rəqəmlərə görə, 2050-ci iləcən keçid dövrü ölkələrində əhalinin ümumi sayı 15 faiz azalacaq, 407 milyondan 347 milyona düşəcək.


Ancaq Azərbaycan kimi ölkələrdə əhalinin sayında artım gözlənsə də, ərazisi kiçik olduğundan bu artım heç də Rusiya tipli ölkələrdə azalmanı ötüb keçməyəcək.


İqtisadi Tədqiqatlar Mərkəzindən Azər Mehtiyev deyir ki, Azərbaycanda əhalinin artımı heç də əhali artıqlığı demək deyil, çünki bu ölkənin təbii ehtiyatları, iqtisadi imkanları əhalinin normal yaşayışı üçün şərait yarada bilər. Əsas məsələ bu resursların necə idarə olunmasındadır. Cənab Mehtiyevə görə, yeni iş yerlərinin yaradılması, qeyri-neft sektorunun inkişafı qocaların və yaşlıların saxlanmasında da problem yaratmaya bilər. Hazırda Azərbaycanda bir pensiyaçıya 1,5 nəfər işləyən düşür, normada isə bir pensiyaçıya 4 işləyən düşməlidir. Ancaq Azərbaycan öz iqtisadi potensialından istifadə edib əhalini işlə təmin edə bilsə, bu problem də aradan qalxar. Düzdür, Azərbaycan pensiya təminatı sahəsində islahatlar aparır, fərdi uçot sisteminə keçməyə başlayır. Əhalinin sağlamlığı, tibbi sığorta məsələləriylə bağlı işlərsə, hələlik ləng gedir və bu, gələcəkdə problemlər doğura bilər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG