Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:03

«Azadlıq» qəzeti nəşriyyatdan çıxmaq istəyir


«Azadlıq» qəzeti «Azərbaycan» Nəşriyyatına dekabrın 4-də köçüb
«Azadlıq» qəzeti «Azərbaycan» Nəşriyyatına dekabrın 4-də köçüb
«Azadlıq» qəzetinin kollektivi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin «Azərbaycan» Nəşriyyatında onlara verdiyi yerdən çıxmaq məcburiyyətindədir. Bunu «Azadlıq» radiosuna qəzetin texniki direktoru Azər Əhmədov deyib. Onun sözlərinə görə, nəşriyyatın 9-cu mərtəbəsində nəşrə verilən üç otaq heç də əlverişli deyil. Cənab Əhmədov bildirir ki, həm həmin otaqların təmir edilməsinə ehtiyac var, həm də qəzetin kollektivi üçün darısqaldır. Azər Əhmədov deyir ki, daha münasib otaqlara köçürülmək üçün nəşriyyat rəhbərliyi ilə danışıqlar aparırlar. Onun sözlərinə görə, əgər nəşriyyat rəhbərliyi onları münasib yerlə təmin etməsələr, nəşriyyatdan tamamilə çıxmağa məcbur olacaqlar.

«Azərbaycan» Nəşriyyatının direktor müavini Allahverdi Məmmədov isə «Azadlıq» qəzetinin iradlarını düzgün saymır. Onun sözlərinə görə, sözügedən nəşrə verilən həmin otaqlarda əvvəllər «Kaspi» qəzetinin yayım şöbəsi fəaliyyət göstərib və onlar heç də narazılıq etməyiblər. Cənab Məmmədov bildirir ki, əgər «Azadlıq» qəzeti istəsə, həmin otaqlarda normal fəaliyyət göstərə bilər.


«Azadlıq» qəzeti 1 saylı Yerli İqtisad Məhkəməsinin qərarı ilə əvvəllər fəaliyyət göstərdiyi Xəqani-33 ünvanındakı binadan ötən ayın 24-də çıxarılıb. Nəşrin kollektivi 10 gün qonaq kimi «Yeni Müsavat» qəzetinin redaksiyasında fəaliyyət göstərdikdən sonra dekabrın 4-də «Azərbaycan» Nəşriyyatında onlara verilən otaqlara köçüb.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG