Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 17:32

«Şahdəniz» qazının bölüşdürülməsi ilə bağlı danışıqlar başlayıb


Rusiya satdığı qazın qiymətini qaldırması üzündən danışıqlara ehtiyac yaranıb
Rusiya satdığı qazın qiymətini qaldırması üzündən danışıqlara ehtiyac yaranıb

Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndə heyətləri 2007-ci ildə istehsal ediləcək «Şahdəniz» qazının bölüşdürülməsi ilə bağlı Bakıda danışıqlara başlayıb. Danışıqlarda Azərbaycan tərəfindən Dövlət Neft Şirkəti, Türkiyə tərəfindən «BOTAŞ» şirkəti, Gürcüstandan isə bu ölkənin Beynəlxalq Neft Korporasiyası iştirak edir. Danışıqlarda «Şahdəniz» qazından Türkiyənin payına düşən hissənin Azərbaycan və Gürcüstan arasında bölüşdürülməsinin detalları müzakirə edilir.
Rusiya Gürcüstan və Azərbaycana satdığı qazın qiymətini qaldırması üzündən belə bir danışıqlara ehtiyac yaranıb. Rusiya qazın min kubmetrini Gürcüstana və Azərbaycana 230 ABŞ dollarına təklif edir. Bu Rusiya qazının hər iki ölkəyə satılan əvvəlki qiymətlərdən iki dəfə çoxdur.


XS
SM
MD
LG