Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:09

Tələbələrin aclıq aksiyası dekabrın 21-nə kimi davam edə bilər


Keçmiş MAU-nun bir qrup tələbəsi artıq 24 gündür aclıq aksiyası keçirir
Keçmiş MAU-nun bir qrup tələbəsi artıq 24 gündür aclıq aksiyası keçirir

Keçmiş Müstəqil Azərbaycan Universitetinin (MAU) aclıq aksiyası keçirən tələbələri iddia edirlər ki, onlara qarşı ayrıseçkiliyə yol verilib. Keçmiş universitetinin 500-ə qədər tələbəsi müxtəlif ali məktəblərə köçürülsə də qalan 800-ə yaxın tələbənin pozulmuş təhsil hüququ bərpa edilməyib. Onlar aclıq aksiyasını da dekabrın 21-nə kimi davam etdirəcəklərini bildirirlər. Həmin gün Binəqədi Rayon Məhkəməsi keçmiş MAU tələbələrinin təhsil hüquqlarının bərpa edilməsi ilə bağlı iddialarına baxmalıdır. Tələbələrin Hüquqlarının müdafiə Komitəsinin üzvü Xalid Qarayev deyir ki, aclığı davam etdirib-etdirməmək məhkəmənin hökmündən asılı olacaq.


Aclıq aksiyasına qoşulan iki nəfər tələbə qızın dekabrın 14-də səhhəti pisləşdiyindən onları Musa Nağıyev adına Təcilli Tibbi Yardım Xəstəxanasına aparıblar.


Keçmiş Müstəqil Azərbaycan Universitetinin bir qrup tələbəsi artıq 24 gündür Müsavat partiyasının qərargahında təhsil hüquqlarının bərpası tələbi ilə aclıq aksiyası keçirirlər. Bundan əvvəl də tələbələr MAU-nun binasında belə aksiya keçirmişdilər.


XS
SM
MD
LG