Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:00

Bələdiyyələrə əlavə səlahiyyətlər veriləcək


Milli Məclisin Regional Məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə
Milli Məclisin Regional Məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə

Dekabrın 13-də Milli Məclisin Regional Məsələlər daimi komissiyası «Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqda» qanun layihəsini müzakirə edib. Qanun layihəsində bələdiyyələrə ümumilikdə 8 məsələ üzrə - təhsil, mədəniyyət, səhiyyə, ictimai nəqliyyat, təsərrüfat əhəmiyyətli obyektlərin və sair bu kimi sahələrin idarə olunması və inkişaf etdirilməsi üzrə səlahiyyətlərin verilməsi nəzərdə tutulur.


Ancaq, qanun layihəsində göstərilir ki, bu səlahiyyətlərin verilməsi icra hakimiyyətləri ilə bələdiyyələr arasında razılıq əsasında həyata keçirilir.


Milli Məclisin Regional Məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə bildirir ki, səlahiyyətlərin verilməsi xüsusi proqram əsasında həyata keçiriləcək. Onun sözlərinə görə, qanun qəbul edildikdən sonra səlahiyyətlərin verilməsilə bağlı konkret məsələlərə dair respublika əhəmiyyətli böyük bir proqram hazırlanıb qəbul ediləcək. Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə olunub.


Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi Fazil Məmmədov isə deyir ki, bundan əlavə Avropa Şurası bələdiyyələrə müstəsna səlahiyyətlərin verilməsini tövsiyə edib: «Bununla bağlı ayrıca bir qanun olacaq. Artıq bir neçə gündür ekspertlər səviyyəsində bu qanun layihəsi üzərində iş başlayıb. Hökumət maraqlıdır ki, bu qanun layihəsi geniş müzakirələrdən sonra-bütün tərəflərin fikir və təklifləri nəzərə alınmaqla qəbul edilsin».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG