Keçid linkləri

2025, 22 İyun, bazar, Bakı vaxtı 03:31

AŞPA-nın Siyasi Komitəsinin iclası başa çatdı


Dekabrın 12-də Siyasi Komitə Mərkəzi Asiya ölkələrindəki vəziyyəti müzakirə edib
Dekabrın 12-də Siyasi Komitə Mərkəzi Asiya ölkələrindəki vəziyyəti müzakirə edib
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Siyasi məsələlər komitəsinin Bakıda keçirilən iclası dekabrın 12-də başa çatdı. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iclasın Bakıda keçirilməsində göstərdikləri köməyə görə, Siyasi məsələlər komitəsinin rəhbərliyinə təşəkkür edib və bu cür tədbirlərin Azərbaycanla AŞPA arasında əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.

AŞPA Siyasi komitəsinin Bakıda keçirilən iclasının sonuncu günü Orta Asiya üzrə dinləmələr olub. Məsələ ilə bağlı qurumun Orta Asiya ölkələri üzrə məruzəçisi Türkiyə Böyük Millət Məclisinin deputatı Murad Mərcan çıxış edib.


Müzakirələrdə Orta Asiya regionu ilə məşğul olan tədqiqatçılar, həmçinin həmin ölkələrin parlament nümayəndələri də iştirak edib. Məruzəçi Murad Mərcan bildirib ki, Avropa ölkələri ilə dialoq və əməkdaşlığa yalnız Qazaxıstan başlayıb və AŞPA Mərkəzi Asiya ölkələrinin bu imkandan istifadə etməmələrindən təəssüflənir. Məruzəçi həmçinin regionda geniş islahatlara ehtiyac duyulduğu və demokratik qüvvələrə dəstək verilməsinin zəruriliyini vurğulayıb. Siyasi komitənin iclasında baş tutan dinləmələr əsas götürülərək Mərkəzi Asiya ölkələrindəki vəziyyətlə bağlı məruzə hazırlanacaq.


XS
SM
MD
LG