Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:20

XƏBƏRLƏR


«Mənim yazılarımda heç bir konyuktura yoxdur»

69 yaşı tamam olan yazıçı Əkrəm Əylisli bu sözləri mediyaya müsahibəsində dilə gətirib. O, ədəbiyyatın gələcəyinə ümidlə baxdığını da açıqlayıb: «Bizim ədəbiyyatda çaxnaşmalar çox oldu və bu zaman üzə çıxan şeylərin bir qismi köpüyü xatırladır. Amma, suyun dibində, xüsusən cavan ədəbiyyatımızın timsalında yeni formasiyaya başlayacaq bir qüvvə görürəm»




Gürcüstan paytaxtında gənc sənədli kino həvəskarlarının festivalı keçirilib


Festivala Azərbaycan və Ermənistandan gələn gənclər də qatılıblar. Tbilisinin ən iri «Rustaveli» kino-teatrına toplaşan və məhz sənədli filmlər yaratmağa meyllənən 16-27 yaşarası sənətçilər bu kino şənliyinə azı 60 film təqdim ediblər.




Bu il uşaq və yeniyetmələr arasında 20 intihar hadisəsi baş verib


Azərbaycan Uşaqlar Birliyinin keçirdiyi sosioloji sorğu və araşdırmalar bu qənaəti ortaya qoyur. Ancaq, daha dəqiq statistikanın üzə çıxması üçün ixtisaslaşmış vahid qurumun olması zərurəti vurğulanır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il planetdə 1 milyona yaxın intihar baş verir. Uşaq və yeniyetmələr arasında intiharlarsa qısa zamanda 3 dəfə çoxalıb.


XS
SM
MD
LG