Keçid linkləri

2025, 16 İyun, Bazar ertəsi, Bakı vaxtı 01:44

Qaz Ermənistanda ən ucuz enerji növüdür


Amma bu il də kənd sakinləri öz evlərini odun sobaları ilə qızdırırlar
Amma bu il də kənd sakinləri öz evlərini odun sobaları ilə qızdırırlar
Dünya Bankının hesablamalarına əsasən, təkcə Yerevanda mərkəzləşdirilmiş istilik sisteminin bərpasına 40 milyon dollar lazımdır. Bütün respublika üçünsə 600 milyon dollar tələb olunur.

Yerevanın istilik probleminin hərtərəfli həlli hələ 2004-cü ildə hökumətin qərarı ilə paytaxt merinə tapşırılıb. Meriya yanında Dövlət və Müəssisə Binalarına Xidmət İdarəsinin direktor müavini Ovanes Nunyan deyir ki, bu il Yerevanın iki icmasında-Davidaşen və Avanda daha böyük layihələrin reallaşdırılması planlaşdırılır. İstilik-təchizat sistemləri Ermənistan-Rusiya birgə şirkətinə icarəyə verilib. Beləliklə də, yeni texnologiyalar əsasında həm elektrik, həm də istilik istehsal olunacaq, bunun nəticəsində də əhali istilik və isti su ilə təchiz olunacaq: «İnvestisiyaların həcmi Davidaşendə 21 milyon dollar, Avanda isə 18 milyon dollardan bir az yuxarıdır. Davidaşendə istilik 173, Avanda isə 218 evə veriləcək. Başqa binalar, yəni məktəblər, uşaq bağçaları, kitabxanalar istisna olmaqla…»


Əldədüzəltmə qaz sobalarından istifadə etdiklərinə görə sakinlər həm öz, həm də başqalarının həyatını riskə atmış olurlar. Keçən il elə bu səbəbdən xeyli bədbəxt hadisə baş verib, onun da 15-i ölümlə nəticələnib
Hazırda Ermənistanda ən ucuz olanı qazdır. «ArmRosQazprom»un Mətbuat Xidmətinin rəhbəri Şuşan Sardaryanın verdiyi məlumata əsasən, 2006-cı il noyabrın 1-dən Ermənistanda 421 min 660 qaz abunəçisi var. İlin əvvəlindəsə bu rəqəm 360 mindən bir qədər çox olub. Ölkədə 429 yaşayış məntəqəsi qazlaşdırılıb. Bu isə o deməkdir ki, bu il 420 min abunəçi istilik problemini qazın köməyi ilə həll edəcək.


Ötən illərdə olduğu kimi, bu il də kənd sakinləri öz evlərini odun sobaları ilə qızdırırlar. Amma, əldədüzəltmə qaz sobalarından istifadəylə həm öz, həm də başqalarının həyatını riskə atmış olurlar. Keçən il elə bu səbəbdən də xeyli bədbəxt hadisə baş verib, onun da 15-i ölümlə nəticələnib.


Şuşan Sardaryan deyir ki, yalnız oktyabrda aparılmış yoxlamalar zamanı 111 abunəçinin qazı kəsilib. Bu zaman 2000-dən artıq əldədüzəltmə qaz sobası müsadirə olunub.


Görünür elə bu səbəbdəndir ki, Yerevanda bahalı, daha etibarlı qaz qızdırıcıları alanların sayı xeyli çoxalıb. Bu cür cihazların satışı üzrə ixtisaslaşmış mağazalardan birinin meneceri Qarik Qriqoryan deyir ki, bu qızdırıcıları həm nağd pulla, həm də kredit yolu ilə alanların sayı artmaqdadır: «Hər ay 500-600 belə cihaz satırıq. Quraşdırılma ilə bağlı bu aralarda gərginlik var. Tam quraşdırılma üçün 10-15 gün vaxt lazımdır. Yayda isə biz həmin qızdırıcıları 2-3 günə quraşdırırıq».


Təxminən 2000 dollar dəyərində olan qaz qızdırıcılarından birini də Anait xala almaq istəyir: «Buna qədər evi elektrik plitəsi ilə qızdırırdıq, hamı bir otağa yığışırdıq. İndi isə nəvələrimiz də bizdədir. Belə cihaz almaq baha çıxır, düzü bilmirəm necə edim... İstədim qaz sobası alım, dedilər ki, onsuz da böyük xərciniz çıxacaq, özü də bu müvəqqəti olacaq, yaxşısı budur birdəfəlik alın». Amma bahalı qaz qızdırıcısı almaq da hər kəsin cibinə uyğun deyil. Odur ki, nisbətən keyfiyyətli və daha ucuz çex qaz sobası axtaranlar da az deyil.


Son illər Ermənistanda odun satışı çox aşağı düşüb. Hərçənd bəzi paytaxt sakinləri təkcə qaza və ya elektrikə bel bağlamırlar. Onlar hər ehtimala qarşı qışa odun tədarükü də görürlər, bununla da özlərini müxtəlif cür xoşagəlməz hadisələrdən sığortalayırlar.


XS
SM
MD
LG