Dekabrın 18-də Türkiyənin Sənaye naziri Əli Coşqun bir qrup iş adamı ilə Bakıya gələcək. Səfərdə məqsəd Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq və investisiya layihələrinin birgə həyata keçirilməsi məsələlərini müzakirə etməkdir. Bu barədə Türkiyənin Bakıdakı səfiri Turan Moralı jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, iki günlük səfər zamanı Türkiyə və Azərbaycan iş adamlarının toplantısı keçiriləcək. Nümayəndə heyətinin həmçinin Bakıda bir sıra görüşlər keçirməsi də nəzərdə tutulur.