Avropa Komissiyası bir sıra ölkə tələbələrinin Avropa Birliyi universitetlərində oxuması üçün 1300 təqaüd ayırıb. Həmin ölkələr arasında Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstan, İran və İraq da var. Təqaüdlər 2007-2008 akademik ilindən başlayır, müddəti üç aydan üç ilədəkdir.