Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:39

Dekabrın 12-si səhər saat 12-dən ANS efirdədir


Nuşirəvan Məhərrəmli bildirir ki, Şura çoxsaylı müraciətləri nəzərə alaraq belə qərar verib
Nuşirəvan Məhərrəmli bildirir ki, Şura çoxsaylı müraciətləri nəzərə alaraq belə qərar verib

Dekabrın 12-si səhər saat 12-dən ANS TV və ANS ÇM radiosu yayımını bərpa edir. Milli Televiziya və Radio Şurasının (MTRŞ) dekabrın 11-də keçirilən iclasında belə qərara gəlinib. Şuranın iclasında ANS rəhbərlərindən Mirşahin Ağayev və Seyfulla Mustafayev də iştirak ediblər. Dekabrın 11-də təşkil etdiyi mətbuat konfransında MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirdi ki, Şura prezidentin, ombudsmanın, KİV rəhbərlərinin, ziyalıların müraciətini nəzərə alaraq belə qərar verib: «Belə qərara gəldik ki, ANS televiziyası və ANS CM radiosu sabah saat 12-dən öz yayımını bərpa etsin və müsabiqədə iştirak etsin. Hüquqi cəhətdən bizim qərarımız müsabiqənin nəticələrindən sonra bilinəcək».


Cənab Məhərrəmlinin sözlərinə görə, müsabiqədə qalib gələn tərəfin efirə altı aydan tez çıxması mümkün olmadığından, həmin müddətdə tezliyin boş qalmaması üçün ANS yayımını davam etdirəcək.


ANS-in tezliyi ilə bağlı müsabiqə dekabrın 5-dən yanvarın 5-nə kimi davam edəcək. Yanvarın 5-dən fevralın 5-dək isə müsabiqənin nəticələri araşdırılacaq.


ANS TV və ANS ÇM radiosunun yayımı noyabrın 24-də saat 15.00-da dayandırılıb. MTRŞ ANS-i qanunların pozulması barədə xəbərdarlıqlarına məhəl qoymamaqda ittiham edərək, onun lisenziya müddətini uzatmaqdan imtina etmişdi. Noyabrın 30-da isə ANS-in tezliyini tutmaq üçün müsabiqə elan olunmuşdu. Şuranın bu addımını qanunsuz hesab edən ANS rəhbərliyi dekabrın 1-də Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdi.


İctimaiyyət nümayəndələri, deputatlar prezident İlham Əliyevə ANS TV və ANS ÇM radiosunun fəaliyyətinin bərpa olunmasına kömək göstərməsi xahişilə bir neçə dəfə müraciət edib. Onlar hesab edirlər ki, bir sıra texniki qüsurlara görə, yüzlərlə insanın çalışdığı şirkətin fəaliyyətinin dayandırılması çox ağır cəzadır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG