Keçid linkləri

Təcili xəbərlər
2023, 02 Dekabr, şənbə, Bakı vaxtı 15:21

Ermənilər işğal altında olan ərazilərdə hərbi təlimlərə başlayıb


Erməni qüvvəlri bu gün günorta saatlarından Ağdamın işğal altında olan Uzundərə ərazisi və Şahbulaq dağı istiqamətində hərbi təlimlərə başlayıb.

APA-nın məluymatına görə, Azərbaycanın hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarə və döyüş vertolyotlarının cəbhə boyu uçuşlarından dərhal sonra erməni qüvvələri artilleriya-təlim atışına başlayıb və bu dəfə onlar artilleriya qurğularını təmas xəttinə daha yaxın mövqelərdə yerləşdiriblər.

Qeyd edək ki, Azərbaycan tərəfi də iki gündür ki, cəbhə xəttinə yaxın hərbi hissələrin iştirakı ilə irimiqyaslı hərbi təlimlər keçirir.
XS
SM
MD
LG