Keçid linkləri

2026, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:45

ATƏT xəbərdarlıq edib ki, Xankəndində hava limanının açılması gərginliyi artıra bilər

ATƏT xəbərdarlıq edib ki, Dağlıq Qarabağda hava limanının açılması Azərbaycanla Ermənistan arasındakı gərginliyi daha da artıra bilər.

Təşkilat tərəfləri məsələ ətrafında razılığa gəlməyə çağırıb.

Ermənistan prezidenti Serj Sarkisyan bu günlərdə Yerevandan Xankəndinə ucacaq ilk təyyarənin ilk sərnişini olacağını bildirib.

Ermənistan mayın 9-da Xankəndindəki hava limanının açılışını planlaşdırır.

Rəsmi Bakı bəyan edib ki, Azərbaycan qanunvericiliyinə əsasən ölkənin işğal altında olan əraziləri üzərində hava məkanı uçuşlar üçün qapalı zona sayılır.

Azərbaycan bununla bağlı mövqeyini artıq Beynəlxalq Mülki Aviasiya Təşkilatına da bildirib.
This item is part of
XS
SM
MD
LG