Keçid linkləri

2026, 10 İyul, cümə, Bakı vaxtı 12:29

Prezident cənub bölgəsinə səfər edib

Aprelin 14-də Azərbaycan prezidenti İlham Əliyev Masallı rayonunda olub.

O, Masallıda parkın açılşında iştirak edib. H.Əliyevin abidəsinin önündə gül-çiçək dəstələri qoyub. İ.Əliyev Masallıdan Lənkəran rayonuna yola düşüb.

Aprelin 14-ü səhər saatlarından prezidentin hərəkət etdiyi Bakı-Astara yolu nəzarət altında olub. Yol kənarlarında dayanmış polis və əsgərlər içtimai nəqliyyatın sərbəst hərəkət etmələrinə imkan verməyiblər. Nəticədə Bakı-Astara yolunda tıxaclar yaranıb.

Prezident İ.Əliyevin aprelin 15-də də Astarada olacağı gözlənilir.
This item is part of
XS
SM
MD
LG