Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:23

Prezident administrasiyasının şöbə müdiri müxalifət aksiyaları barədə danışıb


«İctimai asayişi pozmaqla, şüarlar səsləndirməklə məşğul olan insanların məqsədi Azərbaycanın inkişafına mane olmaq, dövlətin apardığı quruculuq siyasətinə və islahatlara kölgə salmaq, dövlət orqanlarını və şəhər sakinlərini gündəlik fəaliyyətdən yayındırmaq, ölkədə mövcud ictimai-siyasi sabitliyi pozmaqdan ibarətdir».

Bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

Bildirib ki, 200-300 nəfərin toplaşmaq azadlığının təmin edilməsi üçün Bakının böyük bir hissəsini nəqliyyatsız qoymaq, bununla minlərlə insanların normal həyat tərzini, fəaliyyətini, bir çox hüquqlarını pozmaq olmaz.

«Müxalifət tərəfindən işgəncə anlayışı təhrif olunur» deyən Fuad Ələsgərov qeyd edib ki, «ictimai asayişin qorunması vəzifələrini daşıyan polis tərəfindən gücün tətbiq edilməsi heç zaman işgəncə adlandırıla bilməz».

Bəzi beynəlxalq təşkilatların aksiyalarla bağlı bəyanatlarına münasibət bildirən şöbə müdiri Avropa Birliyi hər hansı bəyanat verəndə onlardan obyektivlik, tarazlıq prinsiplərini rəhbər tutmasını gözləndiyini deyib: «ATƏT-in Daimi Şurasında Avropa İttifaqının adından verilən bəyanatla bağlı qeyd etmək istərdim ki, bu qurum ölkəmizdə gedən proseslər barədə məlumatı yalnız müxalifət mənbələrindən aldığından bəyanat qeyri-obyektiv və birtərəfli xarakter daşıyır». /APA/
XS
SM
MD
LG