Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:50

Iki müxalifətiçinin apelyasiya şikayətinə baxılacaq


Aprelin 14-də Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədlinin apelyasiya şikayətinə baxılacaq.

Əhəd Məmmədli İctimai Palatanın 2 aprel mitinqinə görə 7 sutka azadlıqdan məhrum edilib.
Aprelin 9-da Səbail Rayon Məhkəməsi onun iki ay müddətinə həbsi barədə qərar çıxarıb.

O, Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu hərəkətlərdə iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə ittiham olunur.

2 aprel mitinqinə saxlanılaraq haqqında iki aylıq həbs-qətimkan tədbiri seçilmiş AXCP fəalı Məhəmməd Məcidlinin apelyasiya şikayətinə də bu gün baxılacaq. Məhəmməd Məcidli ictimai qaydanı pozan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmədə ittiham olunur.
XS
SM
MD
LG