Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 22:28

Britaniya hesab edir ki,Liviyada üsyançıların maliyyələşdirilməsi mexanizmi hazırlanmalıdır


Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq (William Hague) hesab edir ki, Liviyada üsyançıların maliyyələşdirilməsi mexanizmi hazırlanmalıdır.

O bunu aprelin 13-də Liviyayla bağlı əlaqə qrupunun Qətərdə keçirilən iclasında bildirib.
İclasda təxminən 40 ölkə və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

William Hague hesab edir ki, Gaddafinin istefaya getməsi üçün ona qarşı təzyiqləri gücləndirmək lazımdır.

BMT-nin baş katibi Ban Ki Moon isə beynəlxalq aləmi Liviya münaqişəsinin həllində vahid mövqedən çıxış etməyə çağırıb.
XS
SM
MD
LG