Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:35

Yəməndə qarşıdurmada bir nəfər ölüb


Yəməndə Ədən şəhərində təhlükəsizlik qüvvələri ilə hökumət əleyhinə etiraz edənlər arasındakı qarşıdurmada azı bir nəfər ölüb, dörd nəfər yaralanıb. Bunu yerli sakinlər və tibb işçiləri bildiriblər.

Məlumatda deyilir ki, Ədəndə əsas küçəyə girmək istəyən tankların qarşısını almaq üçün etirazçılar barrikadalar qurandan sonra atışma başlayıb.

Məlumat hələ ki, müstəqil mənbələr tərəfindən təsdiqlənmir.

Həmçinin bu gün paytaxt Sənada və əyalətlərdə prezident Abdulla Salehin hakimiyyətdən getməsi tələbi ilə on minlərlə adam yürüş edir. Etirazçılar Fars körfəzi ölkələrinin Salehdən vitse prezıdentə ötürülməsi təklifini rədd edib.
XS
SM
MD
LG