Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:57

Zəlimxan Yaqub mitinqlər haqda, YAP-ın müxalifətdən öyrəndiyi və...


Mətbuat icmalı
Mətbuat icmalı
«MÜXALİFƏT MİTİNQ MƏSƏLƏSİNİ QOYSUN SANDIĞA, AĞZINI DA BAĞLASIN»

«Yeni Müsavat» qəzeti şair Zəlimxan Yaqubla müsahibəni dərc edib. Şair Liviya, Misir, Sudanla Azərbaycanı eyniləşdirməsinin əleyhinə olduğunu, müxalifətdəkilərin də, iqtidardakıların da bu xalqın oğulları olduğunu deyib:

«Müxalifətçilər qışqırır «Azadlıq!», «Azadlıq!». Hansı azadlıq, nə azadlıq? Bunun bir mahiyyətini açın ki, nə deməkdir? Müxalifətə sözüm bundan ibarətdir - indi mənim sözüm necə qarşılanacaq, bu, onların işidir - mitinq məsələsini birdəfəlik qoysunlar sandığa, ağzını da bağlasınlar. Çünki dünyada heç bir mitinq heç bir dövlətə, heç bir xalqa xeyir verməyib. Doğrudan da əgər siz sözün həqiqi mənasında xalqı, dövləti qorumaq istəyirsinizsə, iqtidarla dil tapmalısınız, bir məxrəcə gəlməlisiniz. Küçədə qışqırmaqla sənin səsin hara gedib çıxacaq? O xarici ölkələrin, o xarici səfirliklərin guya bizə canı yanır? Əgər mənə canı yanırsa, 20 ildir BMT-nin 4 qətnaməsi var, niyə bir dəfə səsini qaldırmır? Burda bir adam döyülən kimi, bir adam qışqıran kimi dünyanı dağıdır. Bəs mənim 1 milyon qaçqınım-köçkünüm var, beynəlxalq aləm onunla bağlı niyə səsini qaldırmır? Guya onlar məni çox istəyir? Onlar məni çox istəmir. Onlar öz maraqlarını istəyir. Xarici qüvvələr Azərbaycanı dağıtmaq istəyirlər. Ona görə də müxalifət qüvvələrindən xahiş edirəm, hay-küyü yığışdırsınlar, Azərbaycan dövləti, Azərbaycan dövlətçiliyi ilə dialoqa gəlsinlər».

«HAKİMİYYƏTİN BÜTÜN ADDIMLARI ONUN QORXUYA DÜŞDÜYÜNÜ GÖSTƏRİR»

Hüquq müdafiəçisi Leyla Yunus belə hesab edir. «Azadlıq» qəzeti yazır:

«Çox güclü bir qorxudur. Mən buna hətta heyvani qorxu deyərdim. Açıq görünür ki, bu qorxunu həm hakim ailə keçirir, həm Prezident Administrasiyası, həm də bütün korrupsioner məmurlar. Çünki hakimiyyəti itirmək qorxuları var. Belə rejimlər hakimiyyəti itirmək təhlükəsi ilə üzləşəndə, heç bir halda dialoq və islahatlara getmirlər. Onlara elə gəlir ki, bu onların zəifliyini nümayiş etdirir. Hakimiyyəti bölüşmək isə ionlarına ağlına belə gəlmir».

«RADİKAL MÜXALİFƏT PARTİYALARININ DAHA 13 RAYON TƏŞKİLATI ÖZÜNÜ BURAXDI»

Müsavatın aksiyası, 18 fevral 2007
«Azərbaycan» qəzeti də müxalifət-iqtidar mövzunu davam etdirir. Qəzet yazır ki, «radikal müxalifət partiyalarının üzvləri rəhbərlərinin antimilli fəaliyyətlərinə etiraz edərək partiya sıralarını tərk edirlər»:

«İfrat radikal müxalifət partiyalarının 2 apreldə qanunsuz mitinq keçirməyə cəhd göstərməsi bu qüvvələrin ölkədə qarşıdurma yaratmaq, Azərbaycanı ötən əsrin 90-cı illərinin əvvəllərindəki anarxiya və xaos dövrünə sürükləmək niyyətindən əl çəkmədiklərini dir daha göstərdi. Radikal müxalifət təmsilçiləri nədənsə unudurlar ki, xaos və anarxiya, vətəndaş itaətsizliyi, siyasi, iqtisadi və mənəvi böhran dövrü kimi səciyyələnən «siyasi eksperimentlər» dövrü artıq başa çatıb. İndi Azərbaycanda əhalinin, ayrı-ayrı təbəqələrin narahatlığına və narazılığına, kütləvi aksiyalara səbəb ola biləcək hal yoxdur. Bu cür uğursuz aksiyaların qarşısı qətiyyətlə alınacaqdır. Elə radikal müxalifətin öz içində də destruktiv hərəkətlərə narazılıq yaranıb. «İctimai Palata» adlanan qondarma quruma daxil olan partiyaların Bakının mərkəzi küçələrində qarşıdurma yaratmaq, asayiş keşikçilərinə qarşı zorakılıq hərəkətlərinə etiraz əlaməti olaraq son günlər bu düşərgədən kütləvi şəkildə istefalar başlanıb».

«YAP GƏNCLƏRİ PİKET KEÇİRMƏYİ MÜXALİFƏTDƏN ÖYRƏNİBLƏR»


«Bizim Yol» qəzeti YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadədən ölkədəki ictimai-siyasi proseslərə münasibətini öyrənib.

A. Mirzəzadə bildirib ki, Azərbaycan polisi üçün iqtidar-müxalifət söhbəti yoxdur, qanuna hörmətlə yanaşmaq var. Bu baxımdan YAP-çıların da keçirdiyi aksiyaya polisin münasibəti eyni olub. Deputat hesab edir ki, «YAP gəncləri piket keçirməyi müxalifətçilərin öyrəniblər, bir qədər gec öyrəniblər, amma nəhayət ki, bu, baş verdi».

«- Necə izah edərdiniz ki, YAP-çı gənclərin mitinqində telekanal tez gəlir, polislər isə gec, amma bu mənzərəni müxalifətçilərin aksiyasında müşahidə etmirik?

- Xeyr, müxalifətçilərin də qanunsuz aksiyalarına telekanallar əvvəlcədən gəlirlər. Nədənsə mətbuat polisdən əvvəl müxalifətin keçirdiyi aksiyanı əvvəldən çəkir, işıqlandırılmır. Yəni bu mətbuata xas bir cəhətdir, bunu iqtidara-müxalifətə bölməyək. YAP gənclərini aksiyasına polisin münasibətinə gəlincə, polis aksiyanı dağıdıb və onları uzaqlaşdırıb. Çünki əvvəldən hakimiyyət orqanları ilə razılaşdırılmayıb və qanuna zidd olub».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG