Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 09:39

Medvedev öz köməkçilərindən az qazanırmış?


Kremlin saytında verilən məlumata görə, aprelin 11-də Rusiya prezidenti Dmitri Medvedev 2010-cu ildə 3 378 673 rubl (təxminən 95 min manat) pul qazanıb. Bura prezidentdən başqa arvadının da qazancı daxildir.

Prezident Dmitri Medvedev
Bəyannaməyə görə, Medvedev 367.8 m2-lik mənzilə, 4700 m2-lik torpaq sahəsinə və 14 müxtəlif hesabda saxlanan əlavə 4 961 528 rubl (təxminən 140 min manat) pula sahibdir.

Rusiya prezidentinin 1948-ci il buraxılışı olan Qaz-20 “Pobeda” və 1999-cu il buraxılışı olan “Folksvagen golf” markalı maşınları, 32.5 m2-lik iki maşınlıq qarajı var.

Rusiya prezidentinin xanımı Svetlana Medvedevanın mənzilə və qaraja əri ilə ortaq olmaqdan savayı, bankda da 7 503 rubl – təxminən 210 manat pulu var.
Baş nazir Vladimir Putin

Rusiyanın Baş naziri Vladimir Putin də 2010-cu ildə gəlirləri barədə hökumətin saytında məlumat verib. Bu məlumata görə Putin keçən il 5 420 000 rubl – təxminən 150 min manat qazanıb.

Bundan başqa, Putinin içərisində evi və qarajı olan 1500 m2-lik torpaq sahəsi, 153,7 m2-lik mənzili və qarajı var.

Keçən il Putinin arvadı da 146 201 rubl – təxminən 4 min manat qazanıb.
Putinin də qədim maşınları var. Bəyannaməyə görə Rusiyanın Baş naziri Qaz M21 və Qaz M21R markalı qədim maşınları, 2009-cu il buraxılışı olan “Niva”sı və “Skif” qoşqusu var.

Rusiyanın başqa yüksək rütbəli məmurları da keçən ilə dair rəsmi qazanclarını elan ediblər.

Siyahı aşağıdakı kimidir:

Sergey Narışkin
Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin – 4.5 milyon rubl (130 min manat). Arvadının keçən ilə qazancı – 1 431 041 rubl (40 min manat).

Prezident Administrasiyasının rəhbərinin birinci müavini Vladislav Sukorov – 4 595 169 rubl (130 min manat). Onun arvadı 85 158 292 rubl (2 milyon 400 min manat).

İqor Şuvalov
Baş nazirin birinci müavini İqor Şuvalov – 14 652 000 rubl (412 min manat). Arvadı 372 000 000 rubl (10 milyon 500 min manat). Arvadı Olqanın var-dövləti arasında Avstriyada icarəyə verilmiş sahəsi 1479 m2 olan mənzil də var.

Prezidentin köməkçisi Arkadiy Dvrokoviç - 3 863 006 rubl (108 min manat). Arvadı - 41 316 672 rubl (1 milyon 160 min manat).

Sergei Prikhodko
Prezidentin köməkçisi Sergey Prixodko - 6 272 052 rubl (176 min manat). Arvadı - 6 628 476 rubl (186 min manat).

Prezidentin köməkçisi Cahan Pollıyeva - 4 242 579 rubl (119 min manat). Əri - 6 681 855 rubl (188 min manat).


Natalya Timakov prezident Medvedevlə
Prezidentin mətbuat katibi Natalya Timakova - 3 856 885 rubl (108 min manat). Əri - 25 836 237 rubl (728 min manat).

Ekologiya və Təbii Sərvətlər naziri Yuriy Trutnev – 114 700 000 rubl (3 milyon 200 min manat).



Sergey Şoyqu
Fövqəladə Hallar naziri Sergey Şoyqu – 4 400 000 rubl (124 min manat). Arvadı – 54 608 000 rubl (1 milyon 500 min manat).

Daxili İşlər naziri Raşid Nurqaliyev – 4 103 000 rubl (116 min manat). Arvadı – 925 000 rubl (26 min manat).


Anatoli Serdukov
Müdafiə naziri Anatoli Serdıkov – 4 750 000 rubl (134 min manat). Arvadı – 25 000 000 rubl (705 min manat).

Ədliyyə naziri Aleksandr Konovalov – 3 404 000 rubl (96 min manat). Arvadı – 1 680 000 rubl (47 min manat).


Sergey Lavrov

Xarici İşlər naziri Sergey Lavrov – 3 760 000 rubl (106 min manat). Arvadı – 428 000 rubl (12 min manat).

Rusiyada məmurların öz bəyannamələrində nələri gizlətdiklərini demək çətindir. Amma necə olsa da onlar nələrisə dedilər.

Azərbaycanda da gəlirlərin bəyannamədsi haqqında qanun hələ 6 il əvvəl qəbul edilib. Amma hələlik nə seçkili vəzifə tutuanlar, nə də təyin edilən şəxslər öz sərvətləri haqqında ictimaiyyətə məlumat vermirlər.

Yalnız seçkilər zamanı onlar MSK-ya hansısa arayışlar təqdim edirlər, onu da həmin komissiya açıqlamır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG