Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Müdafiə Nazirliyinin yeni laboratoriyasının açılışı olub


Azərbaycan Müdafiə Nazirliyinin xəstəliklərin monitorinqinin aparılması laboratoriyasının açılışı olub. Açılış mərasimində ABŞ səfiri Matthew Bryza, ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin rəhbəri Kennet Mayes və Azərbaycanın hökumət rəsmiləri iştirak ediblər.

Obyektin tikintisi ABŞ hökuməti tərəfindən maliyyələşdirilib. Ona 1 milyon dollardan çox vəsait sərf olunub

Mərasimdə çıxış edən səfir Matthew Bryza laboratoriyanın açılışını alqışlayaraq, bunu ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinin rəmzi adlandırıb.

ABŞ səfirliyindən verilən məlumatda o da bildirilir ki, ABŞ-Azərbaycan əməkdaşlığının nəticəsi olaraq Dövlət Baytarlıq Xidməti, Səhiyyə və Müdafiə Nazirlikləri üçün Azərbaycanın müxtəlif yerlərində 10 Epidemioloji Monitorinq Stansiyası tikilib.
XS
SM
MD
LG