Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:48

Kot D`İvuar prezidenti münaqişə iştirakçılarını zorakılıqdan çəkinməyə çağırıb


Kot D`İvuar (Fil Dişi Sahili) prezidenti Alassane Ouattaraya hərbi münaqişə iştirakçılarını zorakılıqdan uzaq durmağa çağırıb və ölkə tarixində «yeni əsrin» başlandığına ümid etdiyini bildirib.

Aprelin 11-də onun tərəfdarları hakimiyyətdən getmək istəməyən sabiq prezident Laurent Gbagbo-nu Abidcan şəhərində tutublar.

Ötən il prezident seçkilərini uduzandan sonra Gbabgo hakimiyyəti xələfinə təhvil vermək istəmədiyi üçün ölkədə başlanan silahlı qarşıdurmada mindən çox adam həlak olub, milyona yaxın adam qaçqın düşüb.

Dünən televiziya ilə çıxış edən yeni prezident sabiq prezident və onun ailəsinin təhlükəsizliyinin təmin olunacağına vəd verib. Bununla belə keçmiş prezidentin ədalət məhkəməsi qarşısında durmalı olacağını da qeyd edib.
XS
SM
MD
LG