Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 07:55

Müsavatçı gənc universitetdən çıxarılıb


Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı təhsil aldığı Bakı Dövlət Universitetindən (BDU) çıxarılıb.

O, universitetin Jurnalistika fakültəsində magistr təhsili alıb.

Jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə APA-ya bildirib ki, Tural Abbaslının universitetdən xaric olunması onun kəsirləri ilə bağlı olub. 2010/2011-ci tədris ilində 100 saatdan çox dərs buraxdığını deyən dekan onun 3 fəndən akademik borcunun yarandığını vurğulayıb.

Yalçın Əlizadə müsavatçı gəncin xaric olunmasını onun siyasi baxışları ilə əlaqədar olmadığını bildirib.

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı 2 aprel aksiyaları zamanı həbs olunub, barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
XS
SM
MD
LG