Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Liviya müxalifəti atəşkəs planını rədd elədi


Liviya müxalifəti Afrika Birliyinin atəşkəs planını qəbul etməyiblər. Benqazidə keçirilən mətbuat konfransında müxalifət lideri Mustafa Abdul Jalil deyib ki, Qaddafini hakimiyyətdə saxlayan hər hansı planı qəbul etməyəcəklər.

Liviyada öncə Qaddafi, sonra isə müxalifətlə görüşən Afrika Birliyinin nümayəndə heyəti tərəflər arasında atəşkəs üçün yol xəritəsi hazırlamışdı. Cənubi Afrika Respublikasının prezidenti Jacob Zuma bildirmişdi ki, Qaddafi planı qəbul edib.

Plana görə, atəşkəsdən sonra Qaddafi qoşunları üsyançıların şəhərlərindən geri çəkiləcək və humanitar yardımlara başlanmalıydı.
XS
SM
MD
LG