Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:31

«Azərbaycanla bağlı təcili tədbirlər görülməlidir»


Avropa Şurası Parlament Assamleyası Azərbaycanda özünüifadə azadlığını təmin eləmək üçün təcili tədbirlər görməlidir.

Müxtəlif beynəxalq QHT-ləri birləşdirən Azərbaycan Uğruna Beynəlxalq Tərəfdaşlıq Qrupunun bu gün yaydığı bəyanatda belə deyilir.

Qrup Azərbaycanda insan haqları pozuntularının çoxalması, xüsusən də özünüifadə azadlığının kobud şəkildə pozulması, siyasi və ictimai fəallara qarşı repressiyaların və həbslərin artmasından narahatdır. Və bu narahatlığını AŞPA-nın aprelin 11-15 arasında keçirilək sessiyasında diqqətə çatdırmaq əzmindədir.

Qrupa üzv olan «Article 19» təşkilatından Rebecca Vincent AzadlıqRadiosuna deyib ki, aprelin 11-15 arasında keçirilən AŞPA sesiyasında Azərbaycanlı bağlı məsələ gündəlikdə olmasa da, onlar Şuranın ekspertləri, deputatlar, hətta İnsan Haqları Komissarı Tomas Hammerberglə də görüşlər keçirib, Azərbaycandakı vəziyyətə diqqətin artırılmasını istəyəcəklər.

Bundan əlavə onlar AŞPA-nı Azərbaycanın götürdüyü öhdəliklərə nəzarət etmək üçün monitorinqlərini sıxlaşdırmasına, iyunda keçiriləcək Yay sessiyasında Azərbaycanla bağlı müzakirələr təşkil etməyə, Azərbaycanla bağlı qətnamələrin icrasını yoxlamağa (xüsusən də Eynulla Fətullayevin azadlığa buraxılması ilə bağlı qərarların), Nazirlər Şurasının Azərbaycandakı vəziyyəti müzakirə etməyə və İnsan Haqları Komissarının durumu yeirndə öyrənmək üçün Azərbaycana səfər etməsinə çalışacaqlar.

Qrupa «Article 19», «İnsan Haqları Evi», «Senzura İndeksi», «Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu», «Açıq Cəmiyyət İnstitutu», «Sərhədsiz Reportyorlar» və «Dünya Qəzetlər və Naşilər Assosiasiyası» daxildirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG