Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

VHP sədrinin müşaviri həbs olunub


Vətəndaş Həmrəyliyi Partiyasının sədrinin müşaviri Vaqif Kazımov həbs olunub. Aprelin 11-də Hacıqabul rayon məhkəməsinin qərarı ilə onun barəsində 3 günlük həbs- qəti imkan tədbiri seçilib.

Bu barədə AzadlıqRadiosuna məlumat verən Vaqif Kazımovun sözlərinə görə, təxminən 10 gün öncə evlər üçlüyünün sədri (həyət evlərində mənzil- istismar idarələrini əvəz edən qurum) onların evinə gəlib və ev pulu istəyib. «Mən də dedim ki, gələn ay ödəyərik. Qadın məni təhqir elədi. Sonra da eşitdim ki, mənim onu təhqir etməyimlə bağlı polisə şikayət eləyib. Neçə gündür polisə gəlib gedirik. Bu gün də məhkəməyə gətirdilər».

Vaqif Kazımov AXCP sədri Əli Kərimlinin keçmiş müşaviridir. Onun sözlərinə görə, həbsinin arxasında siyasi fəaliyyəti dayanır: «Onlar ehtiyatlanırlar ki, mən əvvəlki kimi mitinqlərə adam aparım. 2 aprel mitinqində iştirak etməmişəm, çünki mənsub olduğum partiya İctimai Palataya qoşulmayıb».

Vaqif Kazımov deyir ki, aprelin 12-də ötən il vəfat edən gənc oğlunun ilidir, amma bu fakt da məhkəmə qərarına təsir göstərməyib: «Dedim ki, mən o qadını söyməmişəm, amma hətta belə olubsa, üzr istəyim, barışaq, bitsin, getsin».

O, məhkəmə qərarından apelyasiya verəcəyini də əlavə edir.

Hacıqabul rayon polis idarəsindən AzadlıqRadiosuna verilən məlumata görə, Vaqif Kazımov İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə ittiham olunur.
XS
SM
MD
LG