Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

CAR müxalifəti hakimiyyəti Liviyaya silah göndərməkdə günahlandırır


Cənubi Afrika Respublikası Liviya da daxil olmaqla bir sıra repressiv rejimli ölkələrə silah göndərir.

Bu barədə yerli “Sunday İndependent” qəzeti hökumətdəki məxfi mənbələrə istinadla yazır.

Adi silahlara nəzarət komitəsinin məlumatına görə, CAR ötən il 78 ölkəyə 5,3 milyard dollar məbləğində silah satışını təsdiqləyib.

Müxalifət nümayəndələri ölkənin hakim dairələrini Liviyaya silah göndərməkdə ittiham ediblər.

Onlar bu silahlardan Liviyada dinc sakinlərə qarşı istifadə olunduğunu deyirlər.
XS
SM
MD
LG