Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

VİP və ALP birlikdə mübarizə aparacaq


Vətəndaş və İnkişaf Partiyası ilə Azərbaycan Liberal Partiyası bundan sonra da birlikdə mübarizə aparacaq.

VİP sədri Əli Əliyev və Liberal Partiyası lideri Lalə Şövkət Hacıyeva aprelin 10-da ADP qərargahında keçirdikləri birgə müşavirədə bundan sonra da birgə mübarizələrinin ölkədəki korrupsiya, vətəndaş cəmiyyətinin fəallaşmasına həsr olunacaqlarını bildirdilər.

Əli Əliyev dedi ki, «Dünyada baş verənlər Azərbaycan hakimiyyətini silkələmir. Ancaq bu dalğa gec-tez Azərbaycana da gələcək». Əli Əliyev çıxışında onu da dedi ki, «xalq hakimiyyəti dəstəkləmədiyi kimi müxalifəti də hələlik sevmir».

Liberal Partiyasının lideri Lalə Hacıyeva isə çıxışında bildirdi ki, Azərbaycana vəziyyət çox gərgindir, korrupsiya ölkəni başına götürüb: «Dəyişikliklər lazımdır, artıq belə yaşamaq mümkün deyil. Bu gün qorxu hissimizə qalib gəlsək, demokratiya qura, azad ola bilərik. İnanıram ki, Azərbaycanda inqilabı dəyişikliklər olacaq».

Əli Əliyevlə Lalə Şövkət Hacıyeva bundan sonra da belə görüşlərinin olacağını, əhali ilə təmaslarını sıx quracaqlarını bildirdilər.
XS
SM
MD
LG