Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:27

Bəhreyndə tanınmış hüquq müdafiəçisi həbs olunub


Bəhreyndə tanınmış hüquq müdafiəçisi Abdulhadi Al Khawaja saxlanıb.

Qızının məlumatına görə, şənbə gününə keçən gecə 20 silahlı adam onların evinə soxularaq atasını amansızçasına döydükdən sonra huşsuz halda naməlum istiqamətə aparıblar.

Al Kawaja ilə yanaşı onun 2 kürəkəni də saxlanılıb.

Qızının sözlərinə görə atası hakimiyyətin uzun hədələrinə görə 1 il bundan əvvəl hüquq müdafiəçisi kimi fəaliyyətini dayandırıb.

Fevralın ortalarından bu yana sünni azlığının idarə etdiyi Bəhreyndə keçirilən kütləvi etiraz aksiyaları zamanı 400-dən çox adam saxlanıb.

Ölkədə fövqəladə vəziyyət rejimi elan edilib.
XS
SM
MD
LG