Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Noyabr, çərşənbə, Bakı vaxtı 10:27

Fil Dişi Sahilinin Abijan şəhərində ağır döyüşlər gedir


Fil Dişi Sahilində prezident Laurent Gbagboya sadiq qüvvələr ölkənin ən böyük şəhəri olan Abijanda 2 rayonu yenidən ələ keçiriblər.

Məlumatlara görə, Gbagbanın ordusu beynəlxalq aləmin qanuni prezident kimi tanıdığı
Alassana Uataranın tərəfdarlarıyla döyüşlərdə tank və digər ağır texnikalardan istifadə edir.

Cümə günü Fransa səfirinin şəhərdəki iqamətgahı atəşə tutulub.

Raket Gbagbonon qüvvələrinin cəmləşdiyi ərazidən buraxılıb.

BMT şəhərdə yaranmış ağır hümanitar vəziyyət və kütləvi qətllərdən ciddi narahatlıq bildirib.
XS
SM
MD
LG