Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:36

Gahirədə yenidən atiraz aksiyası keçirilib


Misirin paytaxtı Gahirənin mərkəzində ötən gecə yenidən polislə nümayişçilər arasında toqquşma olub.

Bir neçə min adam cümə namazından sonra şəhərin mərkəzi meydanına yığışıb.

Onlar hazırda ölkəni idarə edən müvəqqəti ali hərbi şuranın rəhbəri Məhəmməd Tantauinin (Mohammed Tantawi) əlehinə şüarlar səsləndirib və devrilmiş prezident Hosni Mubarakın məhkəməyə cəlb olunmasını tələb ediblər.

Hərbçilər onları daşa basan kütləni dağıtmaq üçün havaya xəbərdarlıq atəşi açıb,dəyənəklərdən istifadə edib.

Həmçinin cümə günü digər ərəb ölkələrində kütləvi etiraz aksiyaları keçirilib.

Suriyanın Deraa şəhərində təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açdığı və yeni itkilər olduğu xəbər verilir.

Şahidlər 20-dən çox adamın öldüyünü deyirlər.
XS
SM
MD
LG