Keçid linkləri

2024, 15 Sentyabr, bazar, Bakı vaxtı 01:24

Jurnalist Ramin Deko DİN-də olub


Bir neçə gün əvvəl zorakılığa məruz qalan «Azadlıq» qəzetinin müxbiri Ramin Deko aprelin 8-də DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub.

Bu barədə AzadlıqRadiosuna jurnalist özü məlumat verib.

«Müstəntiq Fəxri Balazadə mənimlə saat yarım söhbət etdi. Bildirdi ki, məni döyülməyimlə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşovun nazir Ramil Usubova müraciəti ilə bağlı çağırıb. Mən baş verən hadisə ilə bağlı bütün məlumatları müstəntiqə danışdım»

Ramin Deko aprelin 3-ündə tanımadığı şəxslər tərfindən Maştağa bağları ərazisinə aparılaraq onunla «proflaktik» söhbət aparılıb. Ona hakimiyyət əleyhinə yazılar yazmamaq məsləhət görülüb. Bir gün sonra aprelin 4-də isə jurnalist axçam saatlarında işdən evə gedərkən Elmlər Akademiyasının bağında tanımadığı iki nəfərin hücumuna məruz qalıb.
XS
SM
MD
LG