Bakıda, «Gülüstan» sarayında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu davam edir.
Aprelin 8-də Forumun «Qadınlar – mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri» mövzusunda üçüncü sessiyası keçirilib.
«AzərTAc» xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və ISESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva sessiyada iştirak edib. O, forumun əhəmiyyətindən danışıb, vurğulayıb ki, son illər Bakı əsl mədəniyyətlərarası dialoq məkanına çevrilib:
YÜKSƏK TOLERANTLIQ MÜHİTİ
«Yaxın keçmişə nəzər salaraq biz bir sıra beynəlxalq tədbirləri sadalaya bilərik. Keçən il ölkəmizdə Dünya Dini Liderlərinin Bakı Sammiti keçirilmişdir. 2009-cu il Bakı İslam Mədəniyyətinin paytaxtı elan olunmuşdur. Həmin il İKT-yə üzv ölkələrin, eləcə də Avropa ölkələrinin mədəniyyət nazirlərinin toplantısı keçirilmişdir. 2008-ci ildə Azərbaycan bütün qitələri əhatə edən beynəlxalq qadınlar konfransına ev sahibliyi etmişdir. Bu konfransda mədəniyyətlərarası dialoqda qadınların roluna dair Bakı Bəyannaməsi qəbul edilmişdir».
M. Əliyeva bildirib ki, qədim dövrdən Azərbaycan bütün dünyaya açıq olan bir ölkə kimi tanınır:
«Ölkəmizdə hökm sürən yüksək tolerantlıq mühitini insanlarımızla ilk təmasdan hiss etmək mümkündür. Bakıda yanbayan yerləşən müsəlman məscidi, katolik ibadətgahı, pravoslav kilsəsi, yəhudi sinaqoqu bu mühitin həm sübutu, həm nəticəsidir».
MÜNAQİŞƏLƏRİN SƏBƏBİ
Aprelin 7-də isə forum çərçivəsində «Sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik» mövzusunda birinci sessiya keçirilib.
BMT-nin Sivilizasiyalar Alyansının müşaviri Jan Kristof Ba bildirib ki, iki il əvvəl Beynəlxalq Münaqişələr üzrə İnstitut araşdırma aparıb. Məlum olub ki, dünyada 143 ciddi münaqişə ocağı var. Bunların səkkizində münaqişələrin yaranmasına səbəb mədəni komponent olub:
«Hazırda biz elə bir tarixi dövrdə yaşayırıq ki, bir-birimiz haqqında kifayət qədər məlumatlı olmalıyıq. Bu baxımdan belə bir dialoqun keçirilməsini yüksək qiymətləndirirəm».
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu aprelin 7-də başlayıb, 9-da bitəcək.