Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:19

Bu gecə Amerika hökuməti bağlana bilər


Prezident Barak Obama
Prezident Barak Obama

Respublikaçılarla demokratlar büdcədə razılığa gələ bilməsələr, cümə günündən şənbə gününə keçən gecə Amerika hökuməti bağlana bilər.

Amerika siyasətində “hökumətin bağlanması” tamamilə rəsmi anlayışdır və o deməkdir ki, büdcə qeyri-müəyyən olduğuna görə, yalnız zəruri xidmət göstərən hökumət qurumları işləyə bilər.

Zəruri olmayan xidmət göstərən hökumət qurumları və işçiləri isə işini dayandırır.

Bu isə o deməkdir ki, 2 milyon hökumət işçisindən 800 min nəfəri işdən kənarda qalır.

Ağ Evin büdcə və İdarəçilik ofisinin rəhbəri Jeff Zients Accosiated Pressə deyib ki, “milli parklar bağlanacaq, Milli Sağlamlıq İnstitutunun Klinik Mərkəzi yeni xəstələr qəbul etməyəcək.”

İşini davam etdirən xidmətlər - ordu, polis, nəqliyyat, təcili yardım kimi sahələrdir, ancaq Zients deyir ki, hətta “ordunun əsgər və zabitləri maaşlarını tam almayacaqlar”

Pensiyaçılar isə öz pensiyalarını əvvəlki qayda ilə fasiləsiz alacaqlar.

Amerikada sonuncu əhəmiyyətli hökumət bağlanmaları 1995 və 1996-cı illərdə olub.

HÖKUMƏT NİYƏ BAĞLANIR?

İndiki hökumət bağlanması təhlükəsi Nümayəndələr palatasında əksəriyyəti əlində saxlayan respublikaçılarla Senatda əksəriyyətə malik olan demokratlar arasında büdcə xərclərinin ixtisarı ətrafındakı mübahisədən yaranıb.

Kompromis tapılmağına qoyulan vədə aprelin 8-dən 9-na keçən gecə bitir.
Prezident Barak Obama deyir ki, “vədə bitəndə razılıq qərarını elan edəcəyinə ümid edir, ancaq əmin deyil”.

Mübahisə isə yanvarda respublikaçılar Nümayəndələr palatasında əksəriyyəti qazanandan başlanıb.

Onlar tələb edirlər ki, Amerikanın nəhəng büdcə kəsiri problemini güclənməyə qoymamaq üçün demokratların hökuməti büdcə xərclərini azaltmalıdır və həqiqi ixtisara getməlidir. Hökumət ixtisarı imitisiya etməməməlidir.

Demokratlar isə cavab verirlər ki, respublikaçılar mühüm hökumət xidmətlərindən, sosial proqramlardan kəsmək istəyirlər, bu da yolverilməzdir.

MÜBAHİSƏNİN MİQYASI

Mübahisənin kəskinliyi və miqyası haqda onu demək olar ki, demokratlarla respublikaçılar arasında razılığa gəlinən sahələrin büdcədə payı cəmi 12 faizdir.
Yəni büdcənin 88 faizi hələ mübahisə obyektidir.
Bura müdafiə xərcləri, yaşlılara pensiyalar və səhiyyə daxildir.

Respublikaçılardan ibarət məşhur “Çay Partiyası” büdcənin 61 milyard dollar ixtisarını tələb edir.
Ağ Evin gedə biləcəyi ixtisar isə 35 milyard dollardır.

Ağ Evin büdcə məsələləri üzrə rəsmisi bildirib ki, kompromiss tapılmasa hökumət bağlanacaq. Bunun da iqtisadiyyata dərhal və mənfi təsiri olacaq.

Obama respublikaçıları günahlandırıb ki, yeni iş yerlərinin sayı təzə-təzə artmağa başladığı, iqtisadiyyatın böhrandan çıxdığı bir vaxtda hökumətin bağlanması iqtisadiyyatın bərpasına zərbə vuracaq.

Və nəhayət sonuncu sual. Hökumət bağlansa, bu nə qədər çəkəcək?
1995-ci ildə hökumət 5 günlüyə bağlandı.
1996-cı ildə hökumətin tam fəaliyyəti 20 gündən sonra bərpa olundu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG