Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 07:54

Divarda şüarlarla əlaqədar müəllimi polisə apardılar


hökumət əleyhinə şüarlar

hökumət əleyhinə şüarlar

Gədəbəydə divara hökumət əleyhinə şüarların yazılması ilə əlaqədar İncəsənət məktəbinin müəllimi Mehman Əliyevi polis bölməsinə aparıblar. O, bu yazıları yazmadığını, sadəcə şüarların üstü rənglənərkən gördüyünü və şəklini çəkdiyini deyib.

Polislər isə AzadlıqRadiosuna deyiblər ki, divarda yazını M. Əliyevin yazıb yazmadığını dəqiqləşdirmək üçün bölmədə onun xəttini yoxlayacaqlar.

Bir neçə gün əvvəl Gədəbəy rayonunda divarlara «Demokratiya! Azadlıq!», «Azad mətbuat», «Diktaturaya son» kimi şüarlar yazılıb.

Yazıların üstü sonradan rənglənib.
XS
SM
MD
LG