Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:19

Dünyada ərzağın qiyməti düşüb


Bu il dünyada getdikcə qiyməti artan ərzaq bahalaşması ilk dəfə olaraq səngiməyə başlayıb. BMT-nin Ümumdünya Ərzaq Təşkilatı (ÜƏT) aprelin 7-da bildirib ki, mart ayında ərzağın qiymətində enmə müşahidə olunur.

ÜƏT-in ərzağın qiymət indeksi son səkkiz ayda düşüb: fevralla müqayisədə qiymətlər 2,9 faiz enib, amma ötən ilin martı ilə müqayisədə qiymətlər hələ də 37 faiz yüksəkdir.
Bunu Romada yerləşən informasiya agentliyi bildirir.

Şimali Afrikada artan iqtisadi narazılıq, Yaxın Şərqdəki çaxnaşma və Yaponiyadakı zəlzələ mart ayında dənli bitkilərin qiymətinə təsir edib.

Ərzaq qiyməti indeksi aylıq qiymət dəyişikliyinin monitorinqini aparıb. Burdan görünür ki, yağların, şəkərin və dənli bitkilərin qiyməti düşüb.

İxrac ölkələrin yüksək təchizatı nəticəsində düyünün də qiyməti düşüb.
Əksinə, süd məhsullarının və ətin qiyməti qalxıb.

AMMA BAHALAŞMA NARAHATÇILIĞI QALIR

ÜƏT-nın ticarət və bazar şöbəsinin direktoru David Hallam deyir:

«Bizim ehtiyacımız var ki, məhsuldarlığın artırılması ideyalarını irəli sürmək üçün yaxın bir neçə həftə boyu yeni əkilmiş sahələrlə bağlı məlumatları görək. Amma ehtiyatların azalması, Yaxın Şərqdə və Şimali Afrikada, Yaponiyadakı hadisələrin neftin qiymətinə təsiri… bütün bunlara görə, hələ aylar boyunca qiymətlər qeyri-müəyyən və dəyişkən olacaq»

Dünyada ilin əvvəlindən ərzaq qiymətləri pik həddinə çatmağa başlayıb və agentlik martda xəbərdarlıq edib ki, neftin qiymətinin kəskin qalxması Liviyadakı zorakılıq kimi çalxalanmanı ərzaq bazarına da itələyə bilər.

AZƏRBAYCANDA İSƏ MARTDA YALNIZ YUMURTANIN QİYMƏTİ DÜŞÜB


Bəs mart ayı Azərbaycanda ərzaq bazarı üçün necə keçib? Ötən ay ölkədə Novruz bayramı keçirildiyindən martda mətbuat ərzağın qiymətinin bahalaşması mövzusunu uzun müddət gündəmdə saxlayıb. Hər ay ərzaq bazarında qiymətlərin tədqiqatını aparan İqtisadi Tədqiqatlar Təşkilatı hələlik monitorinqinin nəticələrini yekunlaşdırmasa da, bildirir ki, ilkin müşahidələr qiymət artımından xəbər verir.

İqtisadi Təçəbbüslərə Yardım İctimai Birliyinin sədri Rövşən Ağayev isə deyir ki, mart ayında yalnız yumurtanın qiymətinin düşməsi nəzərə çarpdı, digər ərzaq məhsullarında isə bu görünmədi. O deyir ki, Azərbaycan bir çox ərzaq məhsullarına görə idxaldan asılı vəziyyətə düşdüyündən dünyadakı proseslərin təsirindən qaça bilmir, ona görə də dünyada qiymət qalxanda, ölkədə bunun təsirini görmək anlaşılandı, amma məsələ burasındadır ki, əksinə olanda qiymətlərin düşməsini görmək olmur:

- Azərbaycanda ərzaq bazarı daha çox inhisarlaşıb. Ona görə də inhisarçılar topdansatış məntəqələrində qiymətləri diktə edirlər. Dünya bazarında qiymət düşəndə də bunun ölkəyə isti-soyuğu olmur.

İqtisadi İnkişaf Nazirliyi isə ötən ay mətbuata bildirib ki, istehlak bazarında süni qiymət artımının qarşısının alınması məqsədilə monitorinq aparıb və bu zaman bir çox ərzaq məhsulunun qiymətində ucuzlaşma qeydə alınıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG