Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Bəxtiyar Hacıyevin məhkəməsi təxirə salınıb


Aprelin 7-də Gəncə şəhəri Nizami rayon məhkəməsində gənc fəal Bəxtiyar Hacıyev barəsində açılmış cinayət işi üzrə hazırlıq iclası keçirilib. Hakim Emin Axundovun sədrliyi ilə məhkəməyə Bəxtiyar Hacıyevə iş vaxtının bitdiyi üçün məhkəmə aprelin 8-i saat 12-yə kimi təxirə salınıb.

Bu barədə AzadlıqRadiosuna vəkil Əlayif Həsənov məlumat verib. Ə.Həsənov bildirib ki, məhkəmə Bəxtiyar Hacıyevin bir aylıq həbsinin daha 3 gün artırılması ilə bağlı verilən qərar bu gün başa çatır.

«Bəxtiyarın bir aylıq həbsi aprelin 4-də başa çatmalı idi. Onun həbs müddəti Nizami Rayon məhkəməsinin qərarı ilə qeyri-qanuni olaraq daha 3 gün artırdılar. Bu barədə onun vəkillərinə və yaxınlarına heç bir məlumat verməyiblər. Həmin müddət bu gün ibaşa çatır. Amma müəyyən bəhanələrlə Bəxtiyarı hələ də sərbəst buraxmaq istəmirlər».

Vəkillər hakimdən Bəxtiyar Hacıyevin bu gün sərbəst buraxılmasını soruşublar. Hazırda hakimlər müşavirədədirlər.

Bəxtiyar Hacıyev barəsində martın 4-də Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə bir aylıq həbs qətimkan tədbiri seçilib. O, Gəncə şəhərini tərk etməmək barədə iltizamnamənin qaydalarını pozmaqda təqsirləndirilib.

Bəxtiyar Hacıyev barəsində yanvarın 24-də Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınma) maddəsi üzrə cinayət işi açılıb. Bu maddə üzrə iki ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

2 saylı İstintaq Təcridxanasında saxlanan Bəxtiyar Hacıyev barəsində martın 4-də Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə bir aylıq həbs qətimkan tədbiri seçilib. O, Gəncə şəhərini tərk etməmək barədə iltizamnamənin qaydalarını pozmaqda təqsirləndirilib.
XS
SM
MD
LG