Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:03

NATO Liviyada neft mədənlərinə zərbə endirib?


Liviya deyir ki, Britaniya hərbi təyyarələri əsasən neft mədənlərinə zərbələr endirib, Aralıq dənizi ilə birləşən neft boru kəmərini zədələyib.

Liviya Xarici İşlər nazirinin müavini Xalif Kaim deyib ki, üç mühafizəçi öldürülüb. Briyaniya rəsmiləri Kaiminin ittihamlarını şərh etməyib.

Britaniya NATO qüvvələrinin tərkibində BMT-nin Liviya ilə bağlı qərarını icra edir.
Liviya rəhbəri Muammar Qaddafi Misrata şəhərində tanklar və ağır artilleriya vasitəsilə onun istefasını tələb edən üsyançıların mövqelərini hədəfə alıb.

Bu ərəfədə Fransa Xarici İşlər naziri Alain Juppe "Frans İnfo" radiosuna deyib ki, NATO Liviyada uğursuzluğa düçar ola bilər, çünki Qaddafi mülki vətəndaşları öldürməklə hərbi alyans üçün vəziyyəti daha da çətinləşdirib.
XS
SM
MD
LG