Keçid linkləri

2024, 14 İyun, Cümə, Bakı vaxtı 00:47

Roma Xosrov. İtkin məhəbbət


SON NƏFƏS

Fikirlər,
Özün asıb beynimdə.
Ehtiyac duyduğum,
bir qadın şəkli var,
Ütüsüz əynimdə.
Arzular qarıyıb,
Ömrümün bir küncündə.
Ümidlərim xəstə yatır,
Ürəyimin içində.
Saat sürətlə keçir
Ömür küçələrindən
Köhnə divar saatının-
Yorğun əqrəbi
Pıçıldayır ki,
əcəl sənə yer salıb
Rəsul Rza yatan cərgədə.


İTKİN MƏHƏBBƏT


Əvəlik saçını dola boynuma,
Buludlu gözünün sehrinə dalım.
Başımı qarışdır dizinin üstə,
Bu axşam sinəndə yerini salım.

Xəyalım hər gecə qaçır yanına,
Səhər qayıdanda əliboş gəlir.
Fikirlər yuvasız Ağacdələn tək,
Hər gün ürəyimi yüz yerdən dəlir.

Asfalt döşəmədə qatar yerişin,
Sərxoş arzulara aparır məni.
Kaş ki ömür boyu elə yataydım,
Yuxudan oyandım itirdim səni.


***


Ümid kəndirindən
Özün asan arzuların,
Torpaq axtarır
Havada qalan ayaqları.
Günlər,
Payız yarpağı tək,
Tökülür ömür budağından.
Hər gün,
Neçə rəqəm sayı insan-
Dünyasın dəyişir,
Ölüm adıyla.
Hər yağış damlası,
Göz yaşı olub
Süzülür ləçək-ləçək
Güllərin yanağından.
Təcrübə göstərir ki,
Təbiətin kəsiri var-
Dövrün sınağından.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG