Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:42

Kabildə Britaniya əsgərlərilə insidentdə 3 sakin ölüb


Əfqanıstanın paytaxtı Kabildə Britaniya əsgərlərinin günahı ucbatından 3 adam ölüb.

Britaniya ordusunun hərbi maşını minik maşını ilə toqquşub.

Nəticədə maşında olan 2 qadın həlak olub.

Britaniya əsgərləri hadisə yerindən uzaqlaşmaq istəyərkən ətrafdakı adamlar onları daşa basmağa başlayıb və əsgərlər atəş açmalı olublar.

Nəticədə daha bir kişi ölüb, 2 nəfərsə yaralanıb.

Beynəlxalq koalisiya hələlik məsələyə münasibət bildirməyib.
XS
SM
MD
LG