Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 15:30

Rusiya Polşaya Katınla bağlı əlavə sənədlər verib


Rusiyanın baş prokurorluğu Polşaya 40-cı il Katın faciəsiylə bağlı əlavə sənədlər verib.

Prokurorluğun məlumatına görə əlavə materiallar Polşa tərəfinin sorğusuyla verilib.

1940-cı ildə Rusiyanın Smolensk vilayətindəki Katın meşəsində 20 mindən çox polşalı zabit və ziyalı güllələnib.

İndiyədək bu sənədlər məxfi saxlanılırdı.

Keçmiş Sovet rejimi uzun illər bu faciənin nasist Almaniyası tərəfindən törədildiyini deyirdi.

Amma Rusiya ötən ilin noyabrında etiraf elədi ki, bu qırğın Stalinin əmriylə törədilib.
XS
SM
MD
LG