Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 09:18

Prezident Ələt və Qobustana 6 milyon manat ayırdı

Prezident İlham Əliyev Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 6 milyon manat vəsait ayrılması haqqında sərəncam imzalayıb.

Vəsaitin 1 milyon manatı Ələt qəsəbəsində 32 saylı şəhər poliklinikasının yenidən qurulması, 1 milyon manatı Ələtdə 110 saylı ümumtəhsil məktəbi binasının əsaslı təmiri, 2 milyon manatı Qobustan qəsəbəsində 17 saylı birləşmiş şəhər xəstəxanasının yenidən qurulması, 2 milyon manatı 800 şagirdlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün xərclənəcək.
This item is part of
XS
SM
MD
LG