Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

İlham Əliyev Nazarbayevi təbrik edib


Prezident İlham Əliyev Qazaxıstanlı həmkarı Nursultan Nazarbayevə zəng edərək, onu növbəti dəfə prezident seçilməsi münasibətilə təbrik edib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı dövlət başçıları ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnun olduqlarını, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

N. Nazarbayev artıq 20 ildir hakimiyyətdədir. O aprelin 3-də keçirilmiş prezident seçkilərinin nəticələrinə görə, 95 faiz səslə qalib gəlib.

MDB ölkələri müşahidəçiləri seçkilərin demokratik keçdiyini, ATƏT müşahidə missiyası isə seçkinin demokratik standartlara tam cavab vermədiyini bildirib.
XS
SM
MD
LG