Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:09

Berluskoninin məhkəməsi başlanır


Bu gün Milanda İtaliyanın baş naziri Silivio Berluskoninin məhkəməsi başlanır. Baş nazir azyaşlı ilə intim münasibətdə ittiham olunur.

74 yaşlı Berluskoninin Rubi kimi tanınan 17 yaşlı mərakeşli Karima al-Mahruqa intim münasibətlər qarşılığında çoxlu pul və bahalı hədiyyələr verdiyi bildirilir.

Berluskoni ittihamları qəbul etmir. Bildirir ki, siyasi rəqiblərinin iyrənc kampaniyasının qurbanıdır.

Bu günkü məhkəmədə baş nazirin iştirakı gözlənilmir.
XS
SM
MD
LG