Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Prezidentə və Ramil Usubova müraciət olundu...


Mətbuat icmalı
Mətbuat icmalı
«CƏLİLABADDA SİYASİ RƏNG ALAN QƏTL»

«Oğluma deyiblər, atan müxalifətçidir, yığılıb döyüblər, əllərində bıçaq təhqir ediblər. Məsələ əvvəldən təşkil olunub».

«Azadlıq» qəzeti AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmlinin oğlunun məktəbli yoldaşını öldürməsi haqda yazıb. T. Mirələmli qəzetə bunları deyib:

«Mənim iki oğlum var və ikisi də 8-ci sinifdə oxuyur. Qardaşım oğlu hərbi xidmətdən qayıdıb və uşaqlar onu görmək üçün şənbə günü qardaşımın yaşadığı Şatırlı kəndinə gediblər. Mən rayonun mərkəzində yaşayıram. Kənddən bazar günü qayıdıblar və aprelin 4-də dərsə gediblər. Məktəbdə 10-cu sinif şagirdləri uşaqlara sataşıb, deyiblər ki, atan müxalifətçidir, bizim məktəbdə oxuma, polislər yaxşı edib atanı mitinqdə döyüblər. Sonra yığılıb oğlumu döyüblər. Aprelin 5-də övladlarım yenidən məktəbə gediblər, 10-cu sinif şagirdləri uşaqlarımı yenə təhqir ediblər. Onların əlində bıçaq olub. Oğluma deyiblər ki, get sən də bıçaq götür. Amma oğlumda bıçaq olub-olmadığını bilmirəm. Dava zamanı 10-cu sinif şagirdi Cavanşir Həsənlinin böyründən bıçaq dəyib və nəticədə o, dünyasını dəyişib...».

«ABŞ-DA DA, ATƏT ÜZVÜ OLAN DİGƏR ÖLKƏLƏRDƏ DƏ, BU, BELƏDİR»

«Polisin 2 aprel aksiyası ilə bağlı gördüyü tədbirlərin hamısı qanuna müvafiqdir və narahatlıq üçün də heç bir əsas yaratmayıb. Bu, Azərbaycanın daxilində bir qrup insanın ictimai asayişi pozmaq cəhdlərinin qarşısının alınmasıdır. Bütün dünya ölkələrində, o cümlədən ABŞ-da da, ATƏT üzvü olan digər ölkələrdə də, bu, belədir».

«Yeni Azərbaycan» qəzeti Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun müsahibəsini dərc edib.

Ə. Həsənov «normal müxalifət partiyaları, Azərbaycan ictimai-siyasi institutları ilə dialoq şəraitində» ölkənin idarə edildiyini bildirib:

«Onların dövlət-vətəndaş münasibətləri, dövlət idarəetməsi ilə bağlı proqressiv, daha cəlbedici təkliflərini də nəzərə alırıq. Amma ölkədə qarışıqlıq yaratmaq, hakimiyyətin bütün addımlarını, tədbirlərini, ictimai asayişi, ölkənin ahəngini pozmaq istəyən qüvvələrlə onların dilində danışmaq lazımdır...».

PREZİDENTƏ VƏ RAMİL USUBOVA MÜRACİƏT OLUNDU


«Bizim yol» qəzeti
yazır ki, hüquq müdafiəçiləri İctimai Palatanın aprelin 2-də təşkil etdiyi aksiyada polisin davranışını etirazla qarşılayıb:

«Hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib ki, mitinq zamanı vətəndaşlara qarşı mənəvi və fiziki təpkilər göstərilib: «Məsələn, Pənah Hüseynin və bir sıra xanımların zor gücünə, kişiliyə yaraşmayan hərəkətlə təpiklənməsi ağlasığmazdır. Əvvəla, mitinqlərin keçirilməsinə müsbət yanaşmalıyıq, çünki insan sərbəst toplaşmaq hüququndan istifadə edirlər. Sadəcə, polislərin çox qaba rəftarını gözləmirdik. Xüsusən yaşlı qadını yerə yıxmaq kişi olan kəsə yaraşmaz. Yaxud, Nəsimi rayon Polis İdarəsində Mustafa Hacıbəyliyə, Binəqədi polisində Əhəd Məmmədliyə işgəncə verilib. Biz bununla bağlı prezidentə müraciət etmişik. Mən daha çox Həsən Kərimovun durumundan narahat oluram. Təsəvvür edin ki, onu gəlib bir cəbhəçinin evindən aparıblar və 24 nəfərin saxlandığı kameraya salıblar. Həsən bəy iki dəfə infarkt keçirmiş adamdır, ona qarşı bu hərəkətlər işgəncədir...».

POLİSƏ QARŞI TÖRƏDİLƏN ZORAKILIĞA GÖRƏ MƏSULİYYƏTİ RADİKAL MÜXALİFƏT RƏHBƏRLƏRİ DAŞIYIR


«Vətənə və xalqa sədaqət andını layiqincə doğruldan daxili işlər orqanları ictimai sabitliyə təhlükə yaradan istənilən təhdidə qarşı qətiyyətli mübarizəsini davam etdirəcək», - deyə «Azərbaycan» qəzeti yazır. Qəzet 2 aprel aksiyası zamanı xəsarət almış polislərdən müsahibə alıb:

«Üzləşdiyimiz zorakılıqlar ən azından insanlığa yaraşmayan hərəkətlərdir. Biz polisik, vəzifəmiz dövlətə xidmət etmək, ictimai asayişi qorumaqdır. Görünür, Azərbaycan polisinin dövlətçiliyə sədaqəti bəzilərinin ürəyincə deyil. Bu mənada polisə hücumlar edilməsində əsas məqsəd bizi təxribata çəkmək, süni qarşıdurma yaratmaq və ölkəmizin imicinə qara yaxmağa nail olmaq idi. Təbii ki, polisin sayıqlığı, öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməsi bu təxribatın həyata keçməsinə imkan vermədi».

«Azərbaycan» qəzeti həmçinin, radikal müxalifət partiyalarında kütləvi istefaların başlandığını yazır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG