Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 03:46

Qbaqbo deyib ki, ölməyə hazırlaşmır


Fil Dişi Sahilinin keçmiş prezidenti Loran Qbaqbo hökumət qoşunlarına atəşkəs haqda əmr verib. Bununla belə, o, təslim olmaq niyyətində olmadığını da bildirib.

Qbaqbo öz ailəsi ilə qərargahının bunkerindədir. Onun qərargahı prezident Uattarın silahlıları tərəfindən mühasirəyə alınıb.

Noyabr ayında Fil Dişi Sahilində keçirilən prezident seçkisində Alasan Uattar qalib gəlib. Beynəlxalq aləm də onun prezidentliyini tanıyıb. Bundan sonra Qbaqbo prezident postundan əl çəkməyəcəyini bildirib, ölkədə qanlı qarşıdurmalar başlayıb.

Fransa televiziyasında müsahibəsində Qbaqbo deyib ki, Uattarı prezident kimi qəbul etmir, özü isə ölməyə hazırlaşmır.
XS
SM
MD
LG