Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:29

Obama ikinci müddətə seçilə biləcəkmi?


Amerika prezidenti Barak Obama ikinci müddətə prezident seçilmək niyyətini elan edib.

O tərəfdarları qarşısındakı çıxışında deyib ki, 2 il qabaq başladığı böyük islahatların sona çatdırılması üçün onların dəstəyinə ehtiyacı var.

Obama 2008-ci ildəki uğurunu təkrarlamaq istəyir, o zaman Obama nəinki öz Demokrat partiyasında prezidentliyə namizəd olmaq üçün yarışı qazanmış, Hillari Klinton kimi güclü namizədi qabaqlamış, həm də Respublikaçılar partiyasından olan rəqibini seçkidə məğlub etmişdi.

Bununla da Amerika tarixində ilk dəfə olaraq qaradərili şəxs prezident seçilmişdi.

Bu gün isə

E-maillə təxminən 13 milyon tərəfdarına göndərdiyi məktubda

Obama bildirib ki, əgər ikinci müddətə prezident seçilsə, sosial, səhiyyə və maliyyə sahəsində başladığı islahatları axıra çatdıra biləcək.

“Biz həmişə görmüşük ki, uzunmüddətli dəyişiklik bir gündə və asanlıqla baş vermir. Bunun üçün vaxt lazımdır”
Sara Palin

Obamanın seçki kampaniyasına belə tez başlaması təsadüfi deyil.

2008-ci ildə onun seçkini qazanmasında həm də o rol oynamışdı ki, Obama bir çox gəncləri seçkidən xeyli əvvəl aktivləşdirə və sonda onların seçkiyə gəlib səs verməsinə nail olmuşdu.

Obama artıq seçki kampaniyasının ilk videosunu da yayıb.

Videoda onun Amerikanın hər yerindən, hər irqdən, hər millətdən olan tərəfdarları əks olunur.

Nevadadan olan bir tərəfdarı həmin rolikdə deyir ki, Obamanın daha 4 ilə ehtiyacı var.

“Hələ görüləsi çox işlər var və biz istəyirik ki, onları prezident Obama reallaşdırsın”.

2008-ci ildə Obamaya səs verənlərin çoxu gənclər idi. Müşahidəçilərin fikrincə, Obama yenə də bu təbəqənin dəstəyini qazanmağı əsas hədəfi edəcək.

Obama bu həftənin sonu Federal Seçki Komissiyasında lazımi sənədləri imzalayandan sonra rəsmi olaraq seçki kampaniyasına başlayacaq.

Obamanın seçki qərargahı bu dəfə kampaniya üçün indiyəcən görünməmiş məbləğdə pul –

1 milyard dollar toplamaq istəyir

2008-ci ildə Obamanın seçki kampaniyasına 750 milyon dollar iyanə verilmişdi.

Amma Obamanın rəqiblərinin də öz arqumentləri var. Onlar büdcə kəsirinin və ölkənin borcunun rekord həddə çatması, işsizliyin yüksək həddə qalxması, Amerika qoşunlarının hələ də İraq və Əfqanıstandan çıxmamasını qabartmaq niyyətindədirlər.

Hələ ki respublikaçılardan yalnız Minnesotanın keçmiş qubernatoru Tim Pawlenty seçkiyə qatılmaq niyyətini elan edib.

Sakramentodakı çadır şəhərciyi böhranın evsiz qoyduğu şəxslər hesabına böyüyüb. 10 mart 2009
O, Obamanın ilk videorolikinə cavab olaraq öz rolikini yayıb.

Həmin videoda Obamanın güldüyü kadrlar “biznesimi bağlayıram”, “evimi satıram” kimi lövhələrin əks olunduğu kadrlarla müşayiət edilir.

Rolikdə bildirilir ki, maliyyə böhranından çıxmaq üçün Amerikanın yeni prezidentə ehtiyacı var.

10-dan artıq respublikaçının seçkiyə qatılacağı gözlənilir

Onlar arasında Massaçusetsin keçmiş qubernatoru Mitt Romney, Nümayəndələr Palatasının keçmiş sədri Newt Gingrich də var.

Keçmiş Alyaska qubernatoru və ötən seçkilərdə respublikaçıların vitse-prezidentliyə namizədi olmuş Sara Palin də namizədliyini irəli sürə bilər.

Demokratlar asan qələbə gözləmirlər.

Keçən il Konqresə seçkilərdə respublikaçılara uduzmaları onlar üçün ciddi siqnal sayıla bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG