Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:15

Peyğəmbər cəhənnəmdə...


Şərif AĞ


Amerikalı keşişin Qurani-Kərimi yandırmasına etiraz əlaməti olaraq küçəyə çıxan əfqanlarla hökumət qüvvələri arasında gərgin atışma olmuşdur.

Yüzə yaxın ölən və yaralı var. Telekanalların birinin həftəsonu xəbər bülletenindən eşitdiyim bu cümlələr Kot di Uar, Yəmən, Suriya və Pakistan hadisələrinin fonunda mənə necə təsir bağışladısa, ifadə etməkdə acizəm!

Ya nələr oluyor da, bu müsəlman qardaşlarımız milçək kimi qırılır, hər gün kütləvi ölüm-itim xəbərləri gəlir.

Bir az düşünəlim.

Böyük filosof Frensis Fukuyama məşhur “Tarixin sonu” essesində Qərb qüvvələrinin müsəlmanlara qarşı sərt mövqe tutmasının səbəblərini izah edərək yazır ki, İslam dünyada alternativ dövlət modeli irəli sürən yeganə dindir.

Anlayacağınız, Qərbin demakratik vətəndaş cəmiyyəti ilə Allah xofuna söykənən və qanun pozuntusunu günah hesab edib sərt qaydalar tətbiq edən şəriət daban-dabana ziddir.

Fukuyama haqlıdır. Hətta nəinki dünyada, bu bapbalaca məmləkətimizdə belə bəzi dindarlar hansı ölkədə yaşadığını, bu ölkənin konstitusiyasında nə yazıldığını ya bilmirlər,

Sən belə ağılsız olduqca hər keşiş adi bir jestlə yüz müsəlman öldürə biləcək!
ya da unudurlar.

Əfəndilər, biz şəriət ölkəsində yaşamırıq və gördüyümüz işlər fiqhlə təftiş olunmur. Bu quldarlıq ənənələrindən uzaqlaşmadıqca başımız çox bəlalar çəkəcək.

Bəziləri söyləyir ki, qərblinin İraqda, Liviyada və ya Əfqanıstanda nə işi var.

Gəlin biri-birimizi başa düşmək üçün məsələni sadələşdirək: ailə dövlətin kiçik modelidir, düzdürmü?

Deməli, dövlət ailələrdən, dünya isə dövlətlərdən ibarətdir .

Belə olan təqdirdə nədir… ay sağ oluuun, dövlət də böyük ailədir! Elə isə gəlin bir test yapaq:

Məsələn, Qəflətən eşidirsiniz ki, qarşı binada evin kişisi qudurub öz uşaqlarının ətini yeyir, nə edəcəksiniz?

Ya ora qaçacaqsınız, ya da polisə xəbər verəcəksiniz. Ən pis halda ya binanın qarovulçusu, ya JEK əməkdaşı, ya da sahə müvəkkili, uzaq başı qonşular, məhəllə adamları bu evə müdaxilə edəcəkdir.

Evə gələn adamların ürəyindən nələr keçir, bilmək çətindir. Əgər ailə zənginsə, qiymətli daş-qaş, pul-para sağa-sola səpələnibsə sizin də əliniz sapa bilər.

Bütün bunların baş verməməsi üçün isə sadə bir səbəb lazımdır: evin kişisi, ağası uşaqlarının, nökər- naibinin ətini yeməmli, gücü çatdı-çatmadı sağa-sola meydan oxumamalıdır.

Amerikada keşiş Teri Consun Quranı yanıdrmasına etiraz olaraq Pakistanda aksiya. Aksiyaçılar ABŞ prezidenti Obamanın müqəvvasını yandırır. 1 aprel 2011
Razıyam, deyə bilərsiniz ki, müsəlman ölkələrində iğtişaş yaradan elə qərblilərin özləridir.

Bu daha dəhşətlidir: deməli zəifsən, ağlın-savadın azdır.

Sən yeyib sulu qəlyan çəkə-çəkə xumarlananda, hamamda yatanda, hərəmxananı böyüdəndə, şadlıq evlərində ətdən yeyib soncuqlayanda camaat elm öyrənib, kosmosa uçub, silah-sursat kəşf edib, siyasi səriştəsini artırıb.

İşlətdiyin telefon onun, atdığın silah onun, mindiyin təyyarə, maşın, tank onun, baxdığın kompyuter, televizor onun, internet onun, Fransa, Almaniya, Norveç, ABŞ və s. kimi dövlətlər onun, bəs sən nə deyirsən, ey xaniman xərab?!

Bəlkə qışqırmayasan, bəlkə adamları burnufırtıqlı imanınla boğaza yığmayasan?!

Allahı sevirsən lap yaxşı, bunuçün başqa adamlara minnət qoymağın, əcaib pozalar almağın nəyə lazım?!

Öz imanını həzm edib içinə sindirə bilmirsənsə onun bir çürük qoz qədər dəyəri yoxdur.

Sən belə ağılsız olduqca hər keşiş adi bir jestlə yüz müsəlman öldürə biləcək! Təsəvvür edirsən: hər keşişə yüz müsəlman!

Vacib not: Dante məşhur “İlahi komediya” əsərində İslam peyğəmbərini cəhənnəmin səkkizinci qatında təsvir edib.

İnanmırsınız rəhmətlik Əkbər Ağayevdən soruşun (Dünya ədəbiyyatı: Dante, “İlahi komediya”, “Bakı”, 2004, səh. 14, 2-ci abzas, 10-cu sətir).

Məncə İtaliyaya müharibə elan etməliyik!

QAFQAZİNFO

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG