Keçid linkləri

2025, 17 İyul, Cümə axşamı, Bakı vaxtı 13:50

Mitinqçilərlə bağlı monitorinq keçirib


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Səbail rayon Polis İdarəsində monitorinq keçirib. Komitə sədri idarədə 2 aprel aksiyasında saxlanılan 3 nəfərlə - Məhəmməd Məcidli, Eldar Hüseynov Vüqar Qədirovla görüşüb.

Elçin Behbudov deyib ki, onlar saxlanma şəraitindən şikayət etməyiblər. Vüqar Qədirov ürək xəstəliyindən əziyyət çəkdiyindən bir neçə dəfə təcili tibbi yardım çağırılıb. Saxlananlar indiyə kimi vəkilləri ilə görüşə bilmədiklərini də deyiblər.
XS
SM
MD
LG